Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
Şou-biznes 2323

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü keçirilir.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

BAKU.WS

Oxşar xəbərlər

Əsgər ailələrinə ŞAD XƏBƏR

Əsgər ailələrinə ŞAD XƏBƏR

Novruz bayramı münasibətilə martın 20-də saat 11.00-da Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü təşkil...

5914 Sosial 21:32 06 mart 2017

Son xəbərlər