Şuşaya çəkilən sürət yolu pullu olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşaya çəkilən sürət yolu pullu olacaq.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır, 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək:
“Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...