Şəhid Xudayar Yusifzadənin yeni görüntüsü yayılıb - VİDEO

22 yaşlı şəhid gizirimiz Xudayar Yusifzadənin daha bir videosu sosial şəbəkədə yayılıb.
BAKU.WS xəbər verir ki, şəhidimiz bu videoda da mahnı ifa edir. Xudayar əməliyyatlara gedərkən musiqi ifa edərək silahdaşlarına ruh yüksəkliyi verirmiş.
Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı olan Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. Xudayar anadan olandan 24 gün sonra atasını itirib, nənəsinin himayəsində böyüyüb.
Xudayar Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. O, oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

Oxşar xəbərlər
Mübariz İbrahimovun şəhid olduğu posta bayraq sancan Şəhid - VİDEO
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Saatlıdan olan baş leytenant şəhid...