Şəhid anası: "Oğlum şəhid olan günü onu yuxumda gördüm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yaşı az olsa da, doğulduğu Yevlaxın Cırdaxan kəndində hər kəs onu özünə dost, sirdaş bilirdi. Vətən müharibəsi başlayan zaman artıq hərbi xidmətindən bir il ötmüşdü Qara Əliyevin.
Xezerxeber.az-ın məlumatına görə, o, paytaxt Bakıda xidmət etdiyi "N" saylı hərbi hissədən könüllü olaraq Füzuliyə yollanır. Gərgin döyüşlərdə iştirak edərək düşmənin bir neçə postunu, hərbi texnikasını məhv edir. Yaxınları ilə danışan zaman isə narahatlıq yaranmasın deyə arxa cəbhədə olduğunu deyir.
Anası Minayə Əliyeva oğlu şəhid olan günü onu yuxusunda görüb.
Doğulub boya-başa çatdığı kəndin ilk şəhididir Qara... Cəsur, vətənpərvər gəncimiz yaxınları ilə danışan zaman onları tezliklə qələbə xəbəri ilə sevindərəcəyənə söz verib. Dostlarına ondan nigaran qalmamalarını deyib.
Qara Əliyəv 44 günlük Vətən müharibsində göstərdiyi xidmətlərə görə "Vətən uğrunda" və "Füzulinin işağaldan azad edilməsinə görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...