Sərxoş kişi şəhərdə Sovet tankı ilə tutuldu - VİDEO

18
iyn
2019
22:31
Polşanın Paençno şəhərində küçədə “T-55” Sovet tankı sürən sərxoş polyak saxlanılıb. BAKU.WS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, polis əməkdaşları şəhərdə tankın hərəkət etməsi barədə məlumat alıblar. Əraziyə gəlmiş patrul əməkdaşları sovet tankını və iki nəfəri aşkarlayıblar.Qeyd edilir ki, tankda aşkarlanmış şəxslərin hər ikisi, o cümlədən onu idarə etmiş 49 yaşlı kişi sərxoş olub.Həmin şəxsin hərbi texnikanı idarə etmək üçün icazəsi olmadığından, polis keçmiş hərbçinin köməyi ilə tankı cərimə meydançasına aparıb. Onu idarə edən 49 yaşlı şəxsi isə 10 il həbs cəzası gözləyir. O, 8 il icazəsi olmadan tank sürdüyü üçün, 2 il isə onu sərxoş idarə etdiyi üçün azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
Sürücülərlə polis arasında mübahisə: "Ayıb deyil? "Novıy qod"du" (VİDEO)
Astara dövlət yol polisi spirtli içki qəbul edib sükan arxasına oturan sürücülərə qarşı reyd keçrdib. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. 3 sürücü içk...
