Suriyada ABŞ raketi ilə rus tankı vuruldu (VİDEO)

11
may
2016
10:06
Suriyada Rusiya istehsallı tank vurulub.
BAKU.WS-in məlumatına görə, Suriyada müxalif qüvvələr Hələbdən cənubda yerləşən ərazidə hökumət qüvvələrinin T-90A tankı vurub. Həmin hadisənin görüntüsünü də çəkmək mümkün olub.
Tank ABŞ-ın tank əlehinə raket kompleksi olan TOW-un köməyi ilə vurulub. Tank vurulduqdan sonra tüstülənməyə başlayıb. Hərbi texnikanın ekipajının taleyi haqqında hələlik heç bir informasiya yoxdur.
BAKU.WS
Oxşar xəbərlər
T-90 tankı "Çellendcer-2"yə qarşı (VİDEO)
Hərbi ekspertlər iki döyüş tankı - Rusiyanın T-90 və Britaniyanın "Çellendcer-2" (NATO-da fəal istifadə olunan) tankını müqayisə edib. BAKU.WS-in məlumatına g...
