Sergey Şoyqu Tehrana gedib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, katibi prezident Məsud Pezeşkian qəbul edəcək.
Sergey Şoyqu Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
"Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi - təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər müzakirə olunacaq",- deyə Rusiya Təhlükəsizlik Şurasından bildirilib.
Oxşar xəbərlər
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
İran Prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir k...