İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - YENİLƏNİB

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - YENİLƏNİB
Siyasət 207

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

BAKU.WS report- istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.

***12:15

İranda keçirilən prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də seçkilərin ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə İranın "Farhikhtegan" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.

Birinci turda üç mühafizəkar - parlament sədri Məhəmmədbağır Qalibaf, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edib.

***09:06

İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.

Son xəbərlər