Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarını Rusiya təyyarələrindən istifadə etməməyə çağırıb

Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarını Rusiya təyyarələrindən istifadə etməməyə çağırıb
Siyasət 41

ABŞ Ermənistandakı vətəndaşlarını Rusiyaya məxsus aviadaşıyıcılardan istifadə etməməyə çağırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, müraciəti ABŞ-ın Ermənistandakı səfirliyinin təhlükəsizlik xidməti yayıb.

Səfirliyin saytında dərc olunmuş ismarışda bildirilib ki, Rusiya aviadaşıyıcıları, təyyarələri Ermənistanda fəaliyyətini davam etdirir. Ona görə də səfirlik sentyabrın 8-də yaydığı xəbərdarlıqda Ermənistandakı ABŞ vətəndaşlarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

Diplomatik nümayəndəlik vətəndaşlarını məlumatlandıraraq qeyd edib ki, Federal Aviasiya Administrasiyası (FAA) Rusiya aviadaşıyıcılarının Mülki Aviasiya Administrasiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəzarət üzrə təhlükəsizlik standartlarına cavab verməməsi faktını nəzərə alaraq bu ölkənin hava təhlükəsizliyi reytinqini aşağı salıb.

Son xəbərlər