Saymon Stil: Bakıda COP29-da verilən təkanı itirmək olmaz
BMT-nin İqlim Konvensiyasının tərəfləri Bakıda keçirilən COP29 konfransında əldə edilən təkanı istifadə etməlidirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP sədrliklərinin rəhbərliyi ilə tərəflərlə "Bakıdan Belenə 1,3 trilyon dollarlıq yol xəritəsi" üzrə aparılan məsləhətləşmələrdə bildirib.
"Bunu mürəkkəb siyasi şəraitdə etmək lazımdır. Etiraf etməli olduğumuz real siyasi və iqtisadi maneələr mövcuddur", - o qeyd edib.
S.Stil bu yol xəritəsinin hazırlanmasında görülən işlərə görə Azərbaycan və Braziliya sədrliklərinə təşəkkür edib.
"2030-cu ilə qədər çoxtərəfli iqlim fondlarından ödənişlərin üç dəfə artırılması çağırışı diqqətdən kənarda qalmamalıdır. Bu, xüsusilə Yaşıl İqlim Fondu (GCF), Qlobal Ekologiya Fondu (GEF), Uyğunlaşma Fondu, eləcə də Zərər və İtkilərin Aradan Qaldırılması Fondu ilə bağlı bir sıra nüanslar nəzərə alınmaqla konkret fəaliyyətlərə çevrilməlidir", - o yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda Zəfərin beşinci ildönümü qeyd edilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Bu barəd...