Sankt-Peterburqun mərkəzində partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB
Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb.
BAKU.WS xarici KİV-nə istinadən xəbər verir ki, on nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.
"Büstü gətirib ona təqdim edən gənc qız idi", - deyə hadisə şahidi bildirib.
Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib.
***20:25
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib.
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən "Street-bar" kafesində olub.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb.
Ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...