Şamil Ayrım: "Məqsəd odur ki, Qərbi azərbaycanlılar öz torpaqlarına ləyaqətlə qayıtsınlar"

Şamil Ayrım: Məqsəd odur ki, Qərbi azərbaycanlılar öz torpaqlarına ləyaqətlə qayıtsınlar
Siyasət 17

"Azərbaycan 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri ilə bir erməninin burnu qanamadan ərazi bütövlüyün bərpa etdi. Buna rəğmən, Prezident İlham Əliyev yenə də mülki ermənilərə bərabərhüquqlu yaşamağı təklif etdi. Lakin ermənilər könüllü şəkildə həmin əraziləri tərk edib, başqa ölkələrə köçdülər və indi orada ianələrlə yaşayırlar".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

O, çıxışında Qərbi azərbaycanlıların problemindən danışıb:

"Bu istiqamətdə Bakıda beynəlxalq konfrans keçirildi. Məqsəd odur ki, Qərbi azərbaycanlılar öz torpaqlarına ləyaqətlə qayıtsınlar. Bundan təbii nə ola bilər? Beynəlxalq hüquq buna diqqətlə yanaşmalıdır".

"Lakin təəssüf ki, biz bunun əksini də görmüşük. Necə ki 30 il Qarabağ münaqişəsində ATƏT-in keçmiş Minsk qrupu vasitəçi olsa da, heç nə etmədi, boş vaxt keçirdi, bu gün də eyni hallar təkrarlanır. Azərbaycan Ermənistana sülh əlini uzadır, bölgənin də sabitliyi bundan keçir. Amma təəssüf ki, xalqların xoşbəxt yaşamasına qarşı çıxanlar var. Azərbaycan torpaq istəmir, beynəlxalq hüquqla haqlarını tələb edir. Bu məsələnin bugünkü protokola salınmasını təklif edirəm", - türkiyəli deputat əlavə edib.

Son xəbərlər