Sallivan çinli hakerlərin ABŞ rəsmilərinə kiberhücumundan danışdı

Sallivan çinli hakerlərin ABŞ rəsmilərinə kiberhücumundan danışdı
Siyasət 18

Çinli hakerlər yalnız ABŞ rəsmilərinin elektron poçt hesablarını sındırmaqla, məxfi olmayan məlumatları əldə edə biliblər.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Bu işdə müdaxilə “Microsoft” bulud sisteminə olub. Onlar bu sistemə, sonra isə onun vasitəsilə ABŞ dövlət işçilərinin məxfi olmayan poçt hesablarına daxil olublar. Mən vurğulayıram ki, bunlar məxfi olmayan poçt hesablarıdır.

Hakerlər heç bir məxfi məlumat ala bilməyiblər. Onlar yalnız məxfi olmayan məlumatlar əldə ediblər. Əslində bu hakerlər ABŞ hökuməti tərəfindən ifşa edilib. Biz son bir neçə ildə kibermüdafiəmizi gücləndirmişik”, - Sallivan qeyd edib.

Mənbə: TASS

Son xəbərlər