Sadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak məqsədilə Azərbaycana iki günlük işgüzar səfər edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Sağınbek Abdumutalip yerli mediaya açıqlayıb.
Onun sözlərinə görə, "ECO-nun etibarlı və iqlimə davamlı gələcək üçün yeni baxışı" mövzusunda keçiriləcək sammitdə üzv ölkələr bir sıra mühüm məsələləri, o cümlədən iqlim dəyişikliklərinə qarşı birgə mübarizə tədbirlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində Sadır Japarovun iştirakı ilə Ağdam rayonu ərazisində Qırğızıstan tərəfindən inşa edilən "Aykol Manas" məktəbinin açılış mərasimi də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan və Almaniya dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən mütəxəssisləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri Almaniyaya işgüzar səfərə dəv...