Sabiq həmkarından Astan Şahverdiyevə ağır sözlər: "Simasızlığın, şərəfsizliyin, yaltaqlığın..."
DİN-in "Gelandewagen"lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin "Nail Allahverdiyev hadisə zamanı evdə olub" sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.
Bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına "otxod" sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib.
BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi "yaş yuyub, quru sərib".
"Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib".
Oxşar xəbərlər
“Əli Həsənovun 21 yaşlı nəvəsi varı-dövləti öz fərasətilə qazanıb” — Astan Şahverdiyevdən MÜSAHİBƏ
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi, "Qaçqınkom”un sədri Əli Həsəno...