Sabah Bakının məscidlərində şəhidlərimiz anılacaq - ÖZƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah paytaxt məscidlərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə məclislər keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bir neçə məsciddə təşkil olunacaq anım məclisləri zamanı namazlar qılınacaq, şəhidlərin ruhuna müqəddəs Qurani-Kərimdən surələr oxunacaq.
Pandemiya səbəbindən anım mərasimlərində maksimum 10-12 nəfərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədi ilə sərəncam imzalayıb.
Oxşar xəbərlər
Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam canlarını Azərba...