Saat 19.00-da vacib görüş baş tutacaq

Saat 19.00-da vacib görüş baş tutacaq
Siyasət 1462

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

BAKU.WS-in məlumatına görə, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, görüş yerli vaxtla 19.00-da baş tutacaq. 

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər