Saakaşvili Lukaşenko ilə gizli görüş keçirdiyini açıqladı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Tbilisi Məhkəməsində çıxışı zamanı ölkə rəhbəri olduğu dövrdə Londonda Belarus lideri Aleksandr Lukaşenko ilə gizli görüş keçirdiyini açıqlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, onun sözlərinə görə, görüşlərdə məqsədi Belarusun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaması olub.
“Mən 3-4 dəfə Londonda olmuşam, yayılan bu sənədlər gizli saxlanılmalı idi. Bir haldakı ki, Lukaşenko Putinin deyəcəyi halda ərazilərin müstəqilliyini tanıyacağını bildirib, bu gürcü hakimiyyətinin fəaliyyətsizliyinin nəticəsidir. Mən həqiqətən dörd dəfə Londonda olmuşam və Lukaşenko ilə gizli görüşlər keçirmişəm. Bu barədə ilk dəfə danışıram, bu gizli diplomatiya idi. Ərazilərin hələ də Belarus prezidenti tərəfindən tanınmaması bu görüşlərin nəticəsidir”, - deyə M.Saakaşvili bildirib.
Oxşar xəbərlər
Rusiya Gürcüstana nota verdi
Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. BAKU.WS...