Orsku su basdı: 3 ölü var - VİDEO

Orsku su basdı: 3 ölü var - VİDEO
Video
Siyasət 60

Rusiyanın Orenburqun vilayətinin Orsk şəhərində su bəndi uçması nəticəsində daşqın baş verib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Orsk şəhərində su daşqını zamanı üç nəfərin meyiti tapılıb.

İki nəfərin cəsədi küçədə, birinin isə evdə aşkarlanıb.

Qeyd edək ki, Orenburq ərazisində fövqəladə vəziyyət elan olunub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 530 nəfər xilasedici, 125 ədəd xüsusi texnika və 75 vahid qayıq cəlb olunub.

Son xəbərlər