Rusiyanın hücumu nəticəsində Mariupolda ölən insanların sayı açıqlandı
Ukraynanın Mariupol şəhərində müharibə başlayandan indiyədək 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko jurnalistlərə deyib.
Onun sözlərinə görə, 170 minə yaxın vətəndaş hazırda mühasirədədir, 30 mini deportasiya edilib.
Çoxmərtəbəli yaşayış binalarından 2 340-ı (90%) zədələnib, onlardan 1040-ı (40%) tamamilə dağılıb. Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.
27 gündür mühasirədə olan şəhərdə vəziyyət ağırdır. Mer bildirib ki, getdikcə daha çox insan aclıqdan ölür.
BMT-yə Mariupolda kütləvi məzarlıqların olduğunu təsdiqləyən məlumatlar daxil olur.
Oxşar xəbərlər
Mariupol uğrunda ölüm-dirim savaşı - Şəhər hər iki tərəf üçün niyə ƏHƏMİYYƏTLİDİR? - FOTO
Son bir həftə ərzində Rusiya ordusunun paytaxt Kiyev və Xarkov istiqamətində hücumu nisbətən azalıb. Aktiv döyüşlər barədə xəbərlər əsasən Ukraynanın cənubundan...