Rusiyada qəzaya uğrayan Tu-22M3 təyyarəsinin "qara qutu"ları tapılıb
Rusiyanın Stavropol vilayətində qəzaya uğrayan Tu-22M3 təyyarəsinin "qara qutu"ları tapılıb.
BAKU.WS-in məlumatına görə, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
"Qara qutular aşkar edilib - parametrik və səs yazıcıları. Onlar şifrənin açılması üçün hərbi laboratoriyaya göndərilib", - deyə qeyd olunub.
Əlavə olaraq bildirilib ki, qəzaya uğrayan təyyarənin dördüncü ekipaj üzvünün axtarışları davam edir.
Xatırladaq ki, aprelin 19-da Rusiya Hərbi-Kosmik Qüvvələrinin Tu-22M3 təyyarəsi Stavropol diyarının Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha əvvəl 3 ekipaj üzvünün təxliyə edildiyi, bir pilotun axtarışlarının davam etdiyi bildirilib. Təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb.
Oxşar xəbərlər
KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - YENİLƏNİB-1/VİDEO
KİV-də yayılan məlumata görə, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. ***1...