Rusiyada polis əməkdaşı tərəfindən başından güllələnən azərbaycanlı vəfat edib - VİDEO
30
may
2021
17:21
Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində polis əməkdaşı tərəfindən başından güllələnən əslən azərbaycanlı Abdullayev Vəkil Yaqub oğlu vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-yə Novosibirsk vilayətində Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Rasim Babyev məlumat verib.
Onun sözlərinə görə, 18 yaşlı gəncin ölümü ilə əlaqədar yaxınları məlumatlandırılıb.
Qeyd edək ki, hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib
Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, razıl...