Azərbaycanlının Fransada avtomobil "biznesi"...
Azərbaycandan gəlmiş 30 yaşlı miqrant Fransada irimiqyaslı dələduzluq əməli törədib – ikinci əl avtomobillərin qanunsuz dövriyyəsini təşkil edib. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Hazırda işbaz miqrantın 100 qurbanının adı müəyyənləşdirilib, lakin müstəntiqlər bildirirlər ki, onların sayı daha çox ola bilər.
Gənc azərbaycanlı Tuluza şəhərinə 2010-cu ildə gəlib. Onun fransız dilini öyrənmək və iş tapmaq cəhdləri boşa çıxıb.
“İş axtarıb, lakin tapa bilməyib. Yaşamağa pulu olmadığı üçün yerli sakinlə tanış olub və onun köməyi ilə avtomobil ticarətinə girişib”, - Tuluza məhkəməsində vəkil Qay Debüsson deyib.
Azərbaycanlı miqrant yerli “Le Bon Coin” elanlar saytında tapdığı ikinci əl avtomobilləri alaraq, xüsusi aparat vasitəsilə onların getdiyi məsafə göstəricisini dəyişərək maşınları “yeniləyib” və satmağa başlayıb. Qısa müddət ərzində o, kifayət qədər iri məbləğdə pul toplayıb, amma sonda dələduzluğunun üstü açılıb.
Prokuror Tyerri Pons məhkəmədən dələduzun 18 ay müddətinə həbs edilməsini istəyib. Lakin vəkil Qay Debüsson cəzanın yumşaldılmasında israr edib.
“Şərqdən gəlmiş adamlar üçün dilimizi öyrənmək və cəmiyyətimizə uyğunlaşmaq çətindir. Müvəkkilim broker firmasında özünə iş tapan kimi dələduzluq əməlindən əl çəkib”, - vəkil bildirib.
Vəkil səyləri boşa çıxmayıb – hakim azərbaycanlıya 12 ay müddətinə şərti cəza verməklə kifayətlənib. Lakin keçmiş dələduz bəzi qurbanlarının üzləşdiyi itkini də kompensasiya etməli olacaq
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda avtomobillərin qiyməti 20 faiz bahalaşdı - VİDEO
Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır.Buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 fa...