Azərbaycanlı miqrant Almaniyada həmyerlilərini bıçaqladı
18
noy
2018
13:31
Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb.Virtualaz.org “TAG-24” agentliyinə istinadən xəbər verir ki, cinayətkar iki həmyerlisini – 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam edib.Bundan sonra cinayətkar qonaqlarını tək qoyub və bir müddət sonra əlində blçaqla hadisə yerinə qayıdıb. O, Koburq meydanında qadını bıçaqlayıb və rəfiqəsini müdafiə etməyə çalışan kişini əlindən yaralayıb.Azırbaycanlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, indi onun həyatı təhlükə altında deyil.Türingiya polisi cinayıtkarı saxlayıb. Nə onun özünün, nə də qurbanlarının adları açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
35 yaşlı azərbaycanlını qadın üstündə alnından güllələdilər
Rusiyada 35 yaşlı azərbaycanlı güllələnib.BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 31 oktyabr tarixində Lipetsk şəhərində baş verib.O, kustar...