Rusiyada helikopter qəzaya uğrayıb: 4 ölü var

Rusiyada helikopter qəzaya uğrayıb: 4 ölü var
Siyasət 48

Rusiyanın Amur vilayətində "Robinson R-66" helikopteri qəzaya uğrayıb və göyərtədə olan dörd nəfər həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Nəqliyyat üzrə Regional İstintaq İdarəsi məlumat verib.

Qurumun məlumatına görə, qəzaya uğramış helikopterin yeri artıq müəyyən edilib.

İlkin məlumatlara görə, hadisə 20 iyun səhər saatlarında baş verib. Helikopter pilot və üç sərnişinlə birlikdə Tındinski rayonundakı Jeletula çayı yaxınlığında yerləşən meşə emalı zavodunun meydançasından havaya qalxıb. Sonradan fövqəladə halların siqnalı gələn radiomayakdan və hava gəmisinin yerini göstərən sonuncu koordinatlardan məlumat alınıb.

Axtarışlar bir gündən çox davam edib. Helikopter tayqada pilotun əlaqə kəsilməsindən sonra tapılıb. Qəza zamanı pilot və üç sərnişin həlak olub.

Son xəbərlər