Rusiyada "Facebook" bloklanıb

Rusiyada Facebook bloklanıb
Siyasət 113

"Roskomnadzor" Rusiya media hesablarının bloklanmasına cavab olaraq "Facebook" sosial şəbəkəsini bloklamaq qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun internet saytında məlumat yerləşdirilib.

Vurğulanır ki, "Roskomnadzor" 2022-ci il martın 4-də Rusiya Federasiyasında “Facebook” şəbəkəsinə (Meta Platforms, Inc.-ə məxsus) girişi bloklamaq qərarına gəlib.

Roskomnadzor bildirir ki, 2020-ci ilin oktyabr ayından bəri "Facebook" tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son xəbərlər