Rusiyada dəmir yolu körpüsündə partlayış olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə partlayış baş verib.
Bu barədə "Baza" telegram kanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər martın 4-də səhər saatlarında Çapaevka çayı üzərindəki körpünün dayaqlarını partlatmağa cəhd ediblər.
Mənbələrin məlumatına görə, partlayışın səsi yerli vaxtla səhər saat 6:15 radələrində eşidilib. Körpüdə qatarların hərəkəti dayandırılıb. Hadisə yerində xüsusi xidmət orqanları cəlb olunub.
Çapaevka üzərindəki dəmir yolu körpüsü zədələnib. Körpünün metal konstruksiyaları, eləcə də hasarı zədələnib.
Qalereya
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...