Azərbaycanlı biznesmenə görə nazir müavini işdən qovuldu
Samara vilayəti üzrə daxili işlər nazirinin müavini, daxili xidmət general-mayoru Yuri Safronov vəzifəsindən azad edilib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vladimir Kolokoltsev saxta içki yoxlamaları ilə əlaqədar əmr verib.
Safronov rayon Daxili İşlər Nazirliyinin arxa hissələrinin fəaliyyətinə nəzarət edib. Audit zamanı Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin İqtisadiyyat və Xidmətə Dəstək Mərkəzi Federal Dövlət Müəssisəsinin anbarından tərkibində spirt olan maye partiyasının oğurlanması faktı müəyyən edilib. Daha bir rəis, daxili xidmət polkovniki Aleksandr Remnevin də işdən çıxarılacağı bildirilir.
Məlumata görə, "Mister Sidr" əmtəə nişanı ilə alkoqollu məhsulların qanunsuz dövriyyəsi üçün kanalların yaradılması istiqamətində aparılan genişmiqyaslı yoxlama nəticəsində idarənin anbarından 2012-ci ildən müsadirə olunaraq saxlanılan maye partiyasının oğurlandığı müəyyən edilib. Onun oğurluğuna görə iki Samara sakini saxlanılıb, polis işdə əli olan digər şəxslərin kimliyini müəyyənləşdirir.
Cinayətkarları anbara buraxan ərazini mühafizə edən polis serjantı da iştirak edib. O, saxlanılıb.
Samara vilayətində istehsal olunan 37 min litrdən çox təhlükəli içki ölkə üzrə müsadirə edilib. Surroqat spirtinin çox hissəsi Kurqan bölgəsində, Udmurtiyada və Krımda tapılıb. Həmçinin, içki Mordoviya Respublikası, Perm diyarı, Ryazan, Samara, Ulyanovsk və Penza vilayətləri, Vladimir vilayəti və Mari El Respublikası ərazisində müəyyən edilərək götürülüb. Saxta içki səbəbilə 51 nəfər zəhərlənib, onlardan 22-i ölüb.
Qeyd edək ki, "Mister Sidr"in təsisçisi Anar Afət oğlu Hüseynov, şirkətin baş direktoru isə Rafiq Müdarisovdur. Onların hər ikisi faktla bağlı saxlanılıb.
Oxşar xəbərlər
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən...