Rusiya Xəzərdən Odessaya hava zərbələri endirib, ölənlər və yaralananlar var

23
apr
2022
20:00
Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.
Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub.
Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.
Oxşar xəbərlər
Rusiyanın Ukraynada daha bir neçə hərbi təyyarə, helikopter və PUA-sı məhv edildi
Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. BAKU.WS “Report”a istinadən...
