Rusiya Ukraynaya Xəzər dənizindən “Kalibr” raketləri atdı - 100-dən çox hərbçi öldü
Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynada 62 hərbi obyektə zərbə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O əlavə edib ki, Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri 207 pilotsuz uçan aparatı, 1467 tankı və 148 reaktiv yaylım atəşi sistemini sıradan çıxarılıb:
"Rusiya hərbçiləri Xəzər dənizindən “Kalibr” qanadlı raketləri və Krım hava məkanından “Kinjal” hipersəsli raketləri ilə Ukraynanın Nikolayev vilayətində iri yanacaq-sürtkü materialları anbarına zərbə endirib.
Həmçinin Qara dənizdən “Kalibr” qanadlı raketləri ilə Ukraynaya məxsus zirehli texnikaları təmir olunduğu Nijın təmir zavodu vurulub.
Rusiyanın Jitomir vilayətində Ukrayna xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzinə endirdiyi dəqiq zərbə nəticəsində 100-dən çox ukraynalı hərbçi ölüb".
Oxşar xəbərlər
Ukrayna ordusunun itkiləri AÇIQLANDI - RƏQƏMLƏR
Rusiya Silahlı Qüvvələri Ukraynada sutka ərzində daha 128 obyekti, o cümlədən yeddi silah anbarını vurub. BAKU.WS xəbər verir ki, bunu gündəlik brifinqdə Müdafi...