Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq
Aprelin 5-dən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, Ermənistanda süd məhsullarının istehsal edildiyi müəssisələrdə aparılmış yoxlamaların qeyri-qənaətbəxş nəticələri nəzərə alınaraq, “Rosselxoznadzor” Ermənistanın Baytarlıq Xidmətinə aprelin 5-dən etibarən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib.
“Rosselxoznadzor”un bəyanatında qeyd edilib ki, tədarükün bərpası Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən asılı olacaq.
Oxşar xəbərlər
Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib
Rusiyanın Federasiya Şurası (parlamentin yuxarı palatası) çərşənbə axşamı keçirilən plenar iclasda Donetsk və Luqansk Xalq Respublikalarının (DXR, LPR), eləcə d...