Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib
Rusiyanın Federasiya Şurası (parlamentin yuxarı palatası) çərşənbə axşamı keçirilən plenar iclasda Donetsk və Luqansk Xalq Respublikalarının (DXR, LPR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı dörd federal konstitusiya qanununu yekdilliklə təsdiqləyib.
BAKU.WS tass-a istinadən xəbər verir ki, qanunlara görə, sözügedən vilayətlərin sakinləri regionların Rusiyaya qoşulduğu gündən etibarən Rusiya vətəndaşı kimi tanınırlar. Sənədlərdə qeyd edilir ki, yeni bölgələrin sakinləri ərizə verməklə və Rusiya vətəndaşı kimi and içməklə Rusiya vətəndaşlığını ala bilərlər.
Qeyd edək ki, bazar günü Rusiya prezidenti Vladimir Putin Rusiyaya vilayətlərin birləşdirilmsi ilə bağlı federal konstitusiya qanunlarının layihəsini Dövlət Dumasına təqdim edib. Rusiya Konstitusiya Məhkəməsi həmin gün sənədləri təsdiqləyib. Dövlət Duması oktyabrın 3-də yekdilliklə federal konstitusiya qanunlarını qəbul edib və müvafiq beynəlxalq müqavilələri ratifikasiya edib.
Oxşar xəbərlər
Ukraynanın 4 separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb
Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, məlumatı TASS yayıb. Mərasim...