Rus milyonçu arvadı və qızını öldürdü, sonra intihar etdi - FOTO
İspaniyanın Loret-de-Mar şəhərində Rusiyanın qaz hasilatı üzrə nəhəng şirkəti olan "Novatek"in keçmiş top-meneceri Sergey Protosenya, 52 yaşlı həyat yoldaşı və 15 yaşlı qızının cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, məlumatı "allspain.info" saytı yayıb.
Rusiya vətəndaşlarının cəsədləri aprelin 19-da bağ evində tapılıb.
Yerli polis açıqlayıb ki, 55 yaşlı Sergey Protosenya əvvəlcə ailə üzvlərini balta ilə öldürüb, sonra isə intihar edib.
Qeyd olunur ki, Rusiyanın tanınmış şirkətində işlədiyi illər ərzində S.Protosenya təxminən 400 milyon avro qazana bilib. Bu günlərə Fransada yaşayan rusiyalı milyonçu ailəsi ilə birgə Pasxa bayramlarını qeyd etmək üçün İspaniyaya getmişdi.
Qalereya
Oxşar xəbərlər
Pasxa dovşanı Co Baydeninin sözünü belə kəsdi - FOTO/VİDEO
Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenlə həyat yoldaşı Cill Bayden Pasxa bayramı (Qızıl yumurta bayramı) mərasiminə qatılıblar. BAKU.WS xəbər verir ki,...