Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudea aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
BAKU.WS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib. BAKU.WS xəbər ver...