Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil
Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kapitolidə keçirilən dinləmələrdə bəyan edib.
"Həmçinin qeyd etmək istərdim və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur - Rusiya region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyil", - o qeyd edib.
Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı.
O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır.
"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır", - Rubio deyib.
Oxşar xəbərlər
Əfqanıstan İslam Əmirliyinin Baş naziri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS President.az-a istinadən xə...