Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsində qalib olmuş əməkdaşlarla görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsində qalib olmuş şirkət əməkdaşları ilə görüşüb.
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, görüşdə R.Nəcəf bu layihənin Prezident İlham Əliyevin uğurlu kadr islahatlarının mühüm istiqamətlərindən biri olduğunu söyləyib.
O, bildirib ki, bu müsabiqə liderlik keyfiyyətlərinə və yüksək səviyyəli idarəetmə bacarığına malik perspektivli gənc liderlər üçün parlaq karyera başlanğıcı ola bilər.
SOCAR əməkdaşlarının çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan müsabiqənin qalibləri sırasında olmasının şirkət üçün əlamətdar hadisə olduğunu söyləyən şirkət prezidenti qaliblərə peşəkar inkişaf yolunda uğurlar diləyib, qalib əməkdaşlara fəxri fərman təqdim edib.
Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi daşıyır.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...