Roma Papası XVI Benedikt VƏFAT ETDİ

31
dek
2022
14:25
Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.
BAKU.WS-in TASS-a istinadən məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib.
Almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib.
Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib.
XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.
Oxşar xəbərlər
Roma Papası taxt-tacdan imtina ilə bağlı sənəd imzalayıb
Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, b...
