Rəfael və Zabit Zəhra haqqında: "Hər an döyüşə hazırıq" (FOTO)
                            
                                05
                                iyl
                            
                                2017
                                17:13
                            
                            
Azərbaycanın canlı əfsanələri, 5 qat dünya çempionu Rəfael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağını bildiriblər.
BAKU.WS-in məlumatına görə, R.Ağayev və Z.Səmədov bu barədə İnstagram səhifələrində yazıblar.
"18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!”, - deyə Zabit Səmədov bildirib.
"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”, - deyə Rəfael Ağayev qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Zabit Səmədov kikboksinq üzrə açıq dərs keçəcək
5 dəfə dünya çempionu, 3 dəfə avropa çempionu Zabit Səmədov Heydər Əliyev Mərkəzinin parkında həftəsonu kikboksinq üzrə açıq dərs keçəcək. BAKU.WS-in məlumatın...