İrəvandakı aksiyada müxalifət lideri saxlanıldı

İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtda bir neçə küçəni bağlayıb.
Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub.
Polis Sarıyan küçəsində etirazçılarla yolu bağlayan müxalif “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb. Onunla birlikdə daha bir neçə etirazçı polis bölməsinə aparılıb.
Xatırladaq ki, artıq 3 gündür ki İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Oxşar xəbərlər
İrəvanda “seçki” tragikomediyası: Ermənilərin yeni sahibi və Moskvanın kürəyinə sancılan xəncər - FOTO
İrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkisini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəs...
