İrəvanda parlament binası qarşısında barrikadalar qurulub

İrəvanda parlament binası qarşısında barrikadalar qurulub
Siyasət 128

İrəvanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.

“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, - deyə o qeyd edib.

Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.

Oxşar xəbərlər

İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb

İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb

İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, İrəvanın mərkəzindəki polis idarəsinin binasını mühasir...

145 Siyasət 21:25 23 fevral 2021

Son xəbərlər