Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
"Biz çərşənbə axşamı - 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq", - deyə "Daşnaksutyun"un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.
"Nikol, bu, sənin hökumət bağında son saatlarındır", - Saqatelyan qeyd edib.
Oxşar xəbərlər
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “V...