Ermənistan müxalifəti paytaxt İrəvanın mərkəzində çadırlar qurur
Ermənistanın müxalifət nümayəndələri paytaxt İrəvanın Respublika meydanında gecələmək üçün çadırlar qurur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Daşnaktsütyun" partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan müxalifətin mitinqi zamanı bildirib ki, hava soyuq olsa da onlar qərarlıdırlar.
“Geriyə dönüş yoxdur. "Mənim addımım" fraksiyasına vaxt vermişdik ki, nümayəndə heyəti formalaşdırsınlar və "Vətənin Qurtuluş Hərəkatı"nın rəhbərliyi ilə ölkədəki mövcud vəziyyəti müzakirə etsinlər", - deyə o qeyd edib.
İ. Saqatelyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın vəzifəsindən istefa verməsi parlament tərəfindən həll edilməlidir.
O, müxalifətin "Mənim addımım" blokundan cavab gözlədiyini vurğulayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isə müxalifətin paytaxtın əsas meydanında çadırlar qurmasına icazə vermir.
Xatırladaq ki, bu gün Ermənistan müxalifəti tərəfindən ölkədə genişmiqyaslı aksiyalar və ümummilli tətil günü elan edilib.
Oxşar xəbərlər
Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər ver...