Regional gərginlik fonunda əməkdaşlıq qaçılmazdır
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç olub.
Səfir Azərbaycan-Belarus əməkdaşlığının əsas istiqamətlərini müzakirə edərək Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun əməkdaşlığın inkişafında əsas rola sahib olduqlarını vurğulayıb.
O qeyd edib ki, iki ölkə arasında sıx əlaqələr mövcuddur və bu əlaqələrin daha da güclənməsi üçün müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vacibdir.
Dmitri Pineviç əlavə edib ki, səhiyyə sahəsində əməkdaşlığa xüsusi önəm verir və bu sahədə daha çox iş birliyi gözlənilir. Həmçinin Gəncə Avtomobil Zavodu ilə sıx əməkdaşlıq edildiyini qeyd edib.
Səfir eyni zamanda Azərbaycanla Belarus arasında olan əsas layihələrin Qarabağla bağlı olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. BAKU.WS xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi il...