Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.
BAKU.WS-in verdiyi məlumata görə, bu barədə Türkiyə lideri özünün sosial şəbəkə hesabında paylaşım edib.
Ərdoğan Zirvədə qəbul olunan Qəbələ Bəyannaməsinin türk dünyası və dost ölkələr üçün xeyirli olmasını arzulayıb. O, "dildə, fikirdə, işdə birlik" prinsipinə əsaslanan TDT-nin qısa müddətdə mühüm uğurlar qazandığını vurğulayıb.
Türkiyə lideri Zirvənin regional sülh və təhlükəsizlik mövzusunun aktuallığını qeyd edərək, təşkilatın regional sabitlik və əməkdaşlığın gücləndirilməsində önəmli rol oynadığını bildirib.
Ərdoğan Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda imzalanan ortaq bəyanatı müsbət addım kimi qiymətləndirib, həmçinin Xəzərdən keçən Orta Dəhlizin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
Türk Devletleri Teşkilatı 12’nci Zirvesi’ni Azerbaycan’da, köklü tarihimizin izlerini taşıyan güzide şehir Gebele’de gerçekleştirdik.
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 7, 2025
İmzaladığımız Gebele Bildirisi’nin Türk dünyası başta olmak üzere tüm dost ve kardeş ülkelere hayırlı olmasını temenni ediyorum.… pic.twitter.com/WDwhpoxrD3
Oxşar xəbərlər
Başlıbel qətliamından 33 il ötür
Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 33 il ötür. 1...