Ərdoğan: “Fransada müsəlmanları dini müharibəyə sövq edirlər”
08
may
2018
16:29
Fransada 300 siyasətçinin Qurandan bəzi ayələrin çıxardılması ilə bağlı təklif irəli sürüb.BAKU.WS “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu təkliflə bağlı sərt açıqlama verib. Ərdoğan fransızların bu açıqlamasını şərəfsiz insanların planı kimi qiymətləndirib.“Fransada həddini bilməyən bir qrup şərəfsiz Qurandan bəzi ayələrin çıxarılmasını təklif edib. Biz sizin necə alçaq olduğunuzu yaxşı bilirik. Siz bu siyasətlə müsəlmanları dini savaşa sövq edirsiz. Siz bunu istəsəniz də, biz sizin müqəddəs bildiyiniz məqamlara toxunmayacağıq. Sadəcə sizi rüsvay edəcəyik”, - deyə Ərdoğan bildirib.BAKU.WSZiya SƏCCAD
Oxşar xəbərlər
Ərdoğan Azərbaycan prezidentini təbrik edib
Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məluma...