İranlı kəşfiyyatçının qızının güney azərbaycanlılara qarşı təxribatının üstü açıldı - FOTO

İranlı kəşfiyyatçının qızının güney azərbaycanlılara qarşı təxribatının üstü açıldı - FOTO
Siyasət 3

Güney Azərbaycanla bağlı xəbərlərə qarşı təxribatların kimin tərəfindən həyata keçirildiyi məlum olub.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Bildirilib ki, Güney Azərbaycanla bağlı xəbərlərə senzura tətbiqi, o cümlədən “Facebook” və “Instagram” səhifələrinin silinməsi Pərisa Sabeti adlı şəxs tərəfindən həyata keçirilib.

O, SAVAK-ın (Pəhləvi hakimiyyəti dövründə İranın Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) rəhbəri olmuş Pərviz Sabetinin qızıdır.

Qeyd olunub ki, daha öncə də bu kimi sosial media kanallarında Güney Azərbaycanla bağlı paylaşımlar edən istifadəçilərin hesabları bloklanır, habelə silinirdi və bu işdə Pərisa Sabetinin böyük rolunun olduğu üzə çıxıb.

Son xəbərlər