İranda məşhur kinorejissor faciəvi şəkildə öldürülüb
Ötən gecə İranın Əlborz vilayətinin Kərəc şəhərində məşhur kinorejissor, yazıçı Dariuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Mohəmmədifər faciəvi şəkildə öldürülüblər.
Trend-in məlumatına görə, bunu Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli deyib.
H.Fazelinin sözlərinə görə, məşhur kinorejissor və həyat yoldaşı şəxsi villasında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici-deşici alətlərlə öldürülüblər.
Fazeli əlavə edib ki, hazırda hadisəni törədən şəxslərin saxlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, D.Mehrcuyi çəkdiyi filmlərə görə, bir çox mükafatlara layiq görülüb.
Oxşar xəbərlər
İranda həbsdə olan güney azərbaycanlı həkim ailə təhlükədədir - FOTO
İranın Tehran şəhərinin Kərəc zindanında saxlanılan güney azərbaycanlı Həmid və Fərzanə Qarahəsənli cütlüyünün səhhəti pisləşib və həyatları təhlükədədir. BAKU....