İranda daha 3 nəfər koronavirusa yoluxub

İranda daha 3 nəfər koronavirusa yoluxub
Siyasət 1262

İranda daha 3 nəfərin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər rəsmən təsdiqlənib.

BAKU.WS xəbər verir ki, İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur yaydığı bəyanatda Qumda 2 nəfərin, Ərakda isə 1 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

O bildirib ki, xəstəliyə tutulan Ərak sakini həkimdir.Virusa yoluxanların Tehran xəstəxanalarına köçürüldükləri deyilir. Bundan başqa, koronavirusa yoluxduğu ehtimal edilən 5 digər Qum sakini də daha dəqiq analizlərin aparılması üçün Tehrana göndərilib.

Son xəbərlər