Çində koronavirusa yoluxanların sayı 14 mini, ölənləri sayı isə 300-ü ötüb
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.
BAKU.WS Azərtac-a istinadla xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 19 min nəfərdən çoxdur.
İndiyədək 331 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 2 min nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 294-ü virusun aşkarlandığı və ən çox yayıldığı (9074 nəfər) Xubey vilayətində qeydə alınıb.
Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 137 min nəfər həkim nəzarəti altındadır.
Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə ümumilikdə 140 nəfərin virusa yoluxması təsdiqlənib.
Oxşar xəbərlər
Koronavirus körpəni atadan belə ayırdı - VİDEO
Çinin Uhan şəhərində karantinə alınmış körpənin görüntüləri sosial şəbəkədə izlənmə rekordu qırıb. BAKU.WS "haber7" portalına istinadən xəbər verir ki, görüntül...