Dünyanı qorxuya salan dəhşətli virus daha bir ölkəyə çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, koronavirusa (2019-nCoV) yoluxmuş şəxs artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabilləşdiyi və həkim nəzarətində olduğu açıqlanıb.
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 minə çatıb, virus səbəbindən ölənlərin sayı isə 132 nəfəri ötüb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.
Oxşar xəbərlər
Çində dəhşətli görüntülər - insanlar yollarda ölür, virus sürətlə yayılır - VİDEO
Çində yayılan koronavirus insanların həyatına son qoymağa davam edir. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu virusa yoluxanların sayı 6 minə çatı...